Liverpul klubu 84 milyonluq təklifdən boyun qaçırdı

“Liverpul” futbolçusu Darvin Nunesi cari qış transfer pəncərəsində satmaq niyyətində deyil.

turaninsesi.az” The Sun-a istinadla xəbər verir ki, “Əl-Nəsr” 25 yaşlı hücumçu üçün “mersisaydlılar”a 84 milyon avro təklif edib. Lakin “Liverpul” bu təklifə rədd cavabı verib.

İngiltərə klubu uruqvaylı futbolçunun heç bir məbləğə satılmayacağını bildirib. Nunesin özünün isə “Əl-Nəsr”a mümkün transferin detallarını müzakirə etməkdə maraqlı olduğu vurğulanır.