Komitə və xidmət qulluqçularının məvacibində artım – Fərman
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
“turaninsesi.az” xəbər verir ki, fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
Bundan əlavə, Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalanıb.