21 yaşına çatmış şəxslərin odlu silah əldə etmə hüququ olacaq
Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmə hüququ olacaq.
“turaninsesi.az” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.
Layihəyə əsasən, Azərbaycan Respublikasında 18 yaşına çatmış vətəndaşların odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmə hüququ verilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI