Məcburi köçkünlərin statusu ləğv olunur, “çörəkpulu” kəsilir, evlər…
Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik gözlənilir.
“turaninsesi.az“-ın əldə etdiyi xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.
Mənbənin sözlərinə görə, bu təbəqənin sosial statusuna xitam veriləndən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq. Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək.
Öz ata-baba yurdlarına qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra Qarabağda evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI