Sərhəddə döyüş hazırlığı: Nazir orduya tapşırıq verdi!
Bir müddətdir ki, Ermənistanla şərti sərhəddə qarşı tərəfin aktivlik göstərməsi müşahidə olunur.
“turaninsesi.az” xəbər verir ki, Ermənistan şərti sərhəddə aktivləşdiyi bir vaxtda, ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunların əməliyyat müşavirəsi keçirilib. Bu müşavirənin keçirilməsi müdafiə sahəsində strateji yanaşmanın artan təhlükələr fonunda daha çevik planlama və icra qabiliyyətini ön plana çıxardır. Görüş ərazidəki cari şəraitə həsas reaksiyaları və potensial təxribatlara qarşı hərbi-hazırlığı təmin etməyi hədəfləyir.
Analitiklər və hərbi ekspertlər vurğulayır ki, Ermənistanın şərti sərhəd adlandırdığı ərazidə bir neçə fərqli qurumun mövcudluğu diqqətçəkəndir. Bu ərazinin bir hissəsində rus hərbçiləri, digər bir hissəsində Avropa İttifaqının mülki missiyasının patrul xidməti, eyni zamanda “Yerkrapa” təşkilatı və Ermənistan dövlətinin silahlı qüvvələri təmsil olunur. Bu vəziyyət Azərbaycanın ərazi bütövlüyünə olan potensial təhdidləri artırır.
Ərazidə yalnız erməni silahlı qüvvələrinin mövcud olduğu halda, təhlükələrin daha asan idarə edilə biləcəyi bir mühit yarana bilərdi. Lakin burada fərqli maraq dairələrinin – rus hərbçiləri, Avropa İttifaqı missiyası və erməni silahlı birləşmələrinin olması təxribat riskini artırır. Belə bir şəraitdə bu qütblərin bir-birindən xəbərsiz halda, eyni zamanda erməni silahlı qüvvələrinin tabeçiliyində olmayan təxribatçı qrupların fəaliyyəti, Azərbaycanın mövqelərinə ciddi təhlükə yarada bilər.
Beləliklə, Ermənistan ərazisində olan fərqli təşkilatlar arasında koordinasiyanın olmaması, regionda sabitliyə nail olunması üçün ciddi maneədir. Bu hal təxribatların ehtimalını gücləndirir və regionda görüləcək istənilən təhlüksizlik tədbirlərinin daha effektli şəkildə həyata keçirilməsini vacib edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI