Mehriban Əliyeva Türkiyədəki yanğınla bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı paylaşım edib.

turaninsesi.az” xəbər verir ki, paylaşımda deyilir:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”