Kapitalbank müştərilərindən hər ay bu qədər pul tutulacaq – QAYDA DƏYİŞDİ
“Kapitalbank” 17 fevral tarixindən etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.
“turaninsesi.az” xəbər verir ki, bu barədə məlumat bankın müştərilərə göndərdiyi mesajda qeyd olunub
Məlumatda yeni tarifə əsasən, SMS bildirişlərinin aylıq xidmət haqqı hər kart üçün 3 manat olaraq müəyyən edilib. Əvvəlki qiymət isə 2 manat idi.
Xatırladaq ki, müştərilər bu xidmətə abunə olduqda, SMS bildirişlərini istədikləri vaxt bankın mobil tətbiqi vasitəsilə deaktiv edə bilərlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI