“Fikrət Əmirov – 100” Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib

Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Fikrət Əmirov – 100” Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib.

Turanın səsi ” xəbər verir ki, yubiley tədbirində xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Konsertdə bəstəkarın müxtəlif əsərləri ifa edilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, Fikrət Əmirov xatirələrdə daim yaşayır.

Qeyd edək ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir