Alleqri özünə Ərəbistanda iş tapdı
“Yuventus”un və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun baş məşqçisi olacaq.
“Əl-Əhli” artıq Alleqri ilə razılaşıb. Müqavilənin detallarına yaxın günlərdə aydınlıq gətiriləcək.
Məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək. O vaxta qədər isə klub idarəçiləri müvəqqəti baş məşqçi təyin edəcəklər.