Xəzərdə kabus ada üzə çıxdı
ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) “Landsat” 8 və 9 peykləri Xəzər dənizindəki Çigil dəniz adasının şəklini çəkə bilib.
“turaninsesi.az” xəbər verir ki, bu adaya “kabus” və ya “sərgərdan” deyilir.
O, 2023-cü ilin əvvəlində Kumani palçıq vulkanının püskürməsindən sonra üzə çıxıb.
2024-cü ilin sonunda ada yenidən su altında qalıb. Alimlər oxşar hadisələri bir neçə dəfə qeydə alıblar. Səbəb eyni Kumani vulkanı olub.