“Beşiktaş”ın yeni prezidenti seçildi
Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti məlum olub.
“turaninsesi.az” xəbər verir ki, növbədənkənar ümumi qurultayın nəticələrinə görə, Serdal Adalı prezident seçilib.
Məlumata görə, klubun növbədənkənar seçki qurultayında Hüseyin Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparıblar.
Serdar Adalı böyük səs fərqilə qalib gəlib. Yeni prezident 8.901, rəqibi isə 3.637 səs toplaya bilib.