AZAL: Qəzada ölənlərin cənazəsi 2 günə ölkəyə gətiriləcək

“Həyatını itirən şəxslərin cənazəsi isə 2 gün ərzində ölkəyə gətiriləcək”.

turaninsesi.az” xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, sağ qalan şəxslərin ölkəyə gətirməsi günün ikinci yarısında həyata keçiriləcək.

S. Rzayev qeyd edib ki, qəzaya uğrayan təyyarənin ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib:

“Hazırda bu məsələ dərindən araşdırılır və qəzanın səbəbləri müəyyənləşdiriləcək”.