Nazir köməkçisi: 5 nəfərin vəziyyəti ağırdır
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan 3 rusiyalının vəziyyəti son dərəcə ağır, bir xəstənin vəziyyəti ağırdır.
“turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.
“Rusiya Səhiyyə Nazirliyinin Fəlakət Təbabəti üzrə Federal Mərkəzinin mütəxəssislərinin apardığı müayinələrin nəticələrinə əsasən, Aktauda qəzaya uğrayan təyyarədə xəsarət alan 3 rusiyalının vəziyyəti son dərəcə ağır, 1 xəstənin vəziyyəti ağır qiymətləndirilir”.
Kuznetsovun sözlərinə görə, daha 5 nəfərin, o cümlədən 1 uşağın vəziyyəti orta ağırdır.