Gürcü hücumçu İngiltərə nəhəginin hədəfində

İngiltərənin “Mançester Yunayted” klubu “Olimpik Lyon”un 24 yaşlı gürcüstanlı hücumçusu Corcias Mikautadze ilə maraqlanır. “Qırmızı şeytanlar” futbolçunun keçidi üçün 50 milyon avronu gözdən çıxarıb.

turaninsesi.az” xəbər verir ki, gənc hücumcu bu mövsümün əvvəlində “Metz”dən “Lyon”a keçib. Mikautadze Lakazetlə birlikdə komandanın əsas qol silahıdır. 

Cinah mövqeyində çıxış edən Mikautadze cari mövsümdə “Lyon”la çıxdığı 21 oyunda 7 qol 1 assistlə yadda qalıb. Hücumçuya daha öncə “Arsenal” da elçi düşmüşdü.