Okan Burukdan yeni rekord
Türkiyə Superliqasının 16-cı turunda “Qalatasaray” səfərdə “Kayserispor”u 5-1 hesabı ilə darmadağın edib. Bu nəticə ilə “sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk yeni rekorda imza atıb.
“turaninsesi.az” xəbər verir ki, Okan Buruk və komandası üst-üstə 16-cı səfər matçıdan da qələbə ilə dönüb. O, Superliqada çıxdığı 90 oyunda 75-ci qələbəsini əldə edərək “Fənərbaxça”nın keçmiş baş məşqçisi Kristof Daumun rekordunu yeniləyib.
Hələ 16-cı həftə olmasına baxmayaraq, “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbaxça”dan 8 xal fərqlə öndədir. Proqnozlar İstanbul nəhənginin üst-üstə 3-cü və tarixində 25-ci çempionluğuna yaxın olduğunu göstərir