Adil Əliyev : Türkiyə hava qüvvələrinin son zərbələri terrorçulara yaxşı dərs olacaq
Türkiyə Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı “Pence kılıç” hava əməliyyatı həyata keçirib.
Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar yerlə-yeksən edilib.
“Turanın səsi” xəbər verir ki , bu barədə Adil Əliyev öz facebook səhifəsində paylaşım etmişdir.
Terrorçulara qarşı amansız mübarizə Türkiyənin haqqıdır. Qardaş ölkə 40 ildən çoxdur ki, PKK terrorçularına qarşı mübarizə aparır. Bu terrorçu şəbəkə İraq və Suriyanın şimalında özünə yuva salıb və bu ərazlərdən Türkiyəyə sızmağa çalışırlar.
Türkiyə ordusu və polisi son illərdə terrorçulara ağır zərbələr endirib, yüzlərlə terror aktının qarşısını alıb. Buna baxmayaraq, terrorçular bəzən Türkiyə içərisinə sızaraq çirkin planlarını həyata keçirməyə çalışırlar.
Terrorçuların İstanbulun mərkəzində terror aksiyası törətməsini misal çəkmək olar. Türkiyə hava qüvvələrinin son zərbələri terrorçulara yaxşı dərs olacaq. Terrorçular silahlarını yerə qoymayacaqları halda hər dəfə böyük Türk ordusu və hava zərbələriylə üzləşməli olacaqlar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09