DİN: Dumanla əlaqədar bu gündən bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bu gündən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Turanın səsi” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq”, – nazirlik rəsmisi qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir