“Qalatasaray” – “Trabzonspor” matçında 7 qol vuruldu

Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması başa çatıb.

turaninsesi.az” xəbər verir ki, çempion “Qalatasaray” doğma meydanda “Trabzonspor”u qəbul edib.

Oyunun son dəqiqəsində “Qalatasaray” qələbə topunu vura bilib – 4:3.

Bu nəticədən sonra “cim-bom” turnir cədvəlindəki liderliyini qoruyur. 41 xal toplayan Okan Burukun komandası ən yaxın izləyicisi “Fənərbağça”nı 6 xal qabaqlayır. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.