UEFA Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.
“turaninsesi.az” xəbər verir ki, təmsilçimiz İsveçdə “Elfsborq”la qarşılaşıb.
Liqa mərhələsinin VI turuna təsadüf edən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də doğma meydanda Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.