UEFA Avropa Liqası: “Qalatasaray” İsveç səfərindən 1 xalla dönür
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Malmö” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, oyun heç-heçə başa çatıb – 2:2.
Malmö şəhərində yerləşən “Eleda” stadionunda keçirilən görüşü ingiltərəli hakimlər briqadası idarə edib.
“Qalatasaray” heç-heçə sayəsində xallarının sayını 12-yə çatdırıb və məğlubiyyətsiz yoluna davam edir.