Anar Əsədli “Bandotdel”ə dələduzluğa görə çağırılıb?

0

Ötən həftə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Partiyanın mətbuat xidməti onun BMCMİ-yə çağırılmasını təsdiqləsə də, hansı səbəbdən idarəyə dəvət olunduğu açıqlanmamışdı.

Turanın səsi” “Qafqazinfo” ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə Anar Əsədlinin dələduzluq əməlləri ilə bağlı DİN-ə çağırıldığı iddia olunub. Bildirilir ki, o, Əbülfəz Elçibəyin köməkçisi Oktay Qasımova qarşı külli miqdarda dələduzluq edib. Onun O.Qasımovdan iş qurmaq adı ilə 150 min manat aldığı bildirilib.

Məsələ ilə bağlı Oktay Qasımovla əlaqə saxlasaq da, hazırda danışmaq istəmədiyini deyib. O, Anar Əsədli tərəfindən dələduzluğa məruz qalması ilə bağlı iddiaları təsdiq və ya təkzib etməkdən imtina edib.

Qeyd edək ki, Ay Partiya sədrinin Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və bir sıra digər şəxslərə qarşı dələduzluq etdiyi, hazırda şikayətlərlə bağlı BMCMİ-də araşdırmaların davam etdiyi bildirilir

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir