“Barselona” “Borussiya”nı məğlub etdi

Çempionlar Liqasının 6-cı turunda “Borussiya Dortmund” evində “Barselona” ilə üz-üzə gəlib. Qarşılıqlı qolların vurulduğu qarşılaşmada katalonlar 3 xalı 3 qolla əldə edib.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, almanlar 2 dəfə geriyə düşməsinə rəğmən Qurassinin qolları ilə bərabərliyi təmin etməyi bacarıb. Lakin 85-ci dəqiqədə Torresin vurduğu qol “Barselona”ya qələbəni gətirib.

Bu nəticə ilə “Barselona” xallarını 15-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. “Borussiya Dortmund” isə 12 xalda qalıb.