“Barselona”nın baş məşqçisi 2 oyunluq cəzalandırıldı
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.
“turaninsesi.az” xəbər verir ki, buna mütəxəssisin La Liqanın XVI turunda “Betis”lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.
İspaniyalı çalışdırıcı qarşıdakı 2 turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.
“Barselona” qarşıdakı 2 turda “Leqanes” və “Atletiko” (Madrid) ilə üz-üzə gələcək.