İstefa təhlükəsi ilə üzləşən Santuşdan xəbər var

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bir müddətdir yenidən Bakıdadır.

turaninsesi.az” xəbər verir ki, portuqaliyalı mütəxəssis işinin başına qayıtdıqdan sonra yerli liqaların oyunlarını izləməyə başlayıb. Adətən, biz 70 yaşlı mütəxəssisi Misli Premyer Liqasının matçlarında görürdük. Bu dəfə isə o, 1-ci liqanın matçını da sihahıya əlavə edib.

70 yaşlı mütəxəssis bu gün keçirilən 9-cu turun “Baku Sportinq” – “Difai” matçına canlı baxmaq üçün Buzovna qəsəbəsi stadionundadır. 

8 turdan sonra “Baku Sportinq” 13 xalla 5-ci, “Difai” isə 5 xalla 9-cu yeri tutur. 1-ci liqada 10 komanda yarışır.

Xatırladaq ki, son günlər AFFA İcraiyyə Komitısinin növbəti iclasında Fernandu Santuşun istefaya göndəriləcəyinə dair xəbərlər yayılıb.