ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusuna həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.


Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Əhmədov və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay açıblar. Natiqlər çıxışlarında Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Onlar ictimai diplomatiyanın müasir dövrdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və mədəniyyətlərarası dialoqun inkişafındakı mühüm rolunu vurğulayıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI