Avropa Superliqasının formatı açıqlandı
Avropa futbolunda Superliqanın təşkili ilə bağlı işlər davam etdirilir.
“turaninsesi.az” xəbər verir ki, bu fikrin müəlliflərindən biri olan “Real”ın prezidenti Florentino Peresdir.
Onun sözlərinə görə, qitənin 60-a yaxın klubu bu yarışda iştirak ideyasını dəstəkləyib. Hələlik gerçəkləşməyən turnir UEFA yarışlarına alternativ hesab olunur.
Buna görə də qitənin ali futbol qurumu superliqaya qatılacaq klublara sanksiya tətbiq edəcəyini açıqlayıb.
Superliqanın formatına əsasən, yarışın 64 komandanın iştirakı ilə 3 divizionda təşkili nəzərdə tutulur. Yüksək (Ulduzlar) divizionda TOP-5 liqadan 16 komanda, ikinci (Qızıl) divizionda 16, üçüncü (Göy) divizionda isə 32 komandanın iştirakı planlaşdırılır.
Sonuncu divizionda ən zəif nəticə göstərən 20 klub yarışı tərk edir.