Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? – SİYAHI+SAHİBLƏRİ
Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.
“turaninsesi.az“-a daxil olan məlumata görə, DVX tərəfindən aşağıdakı MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub:
– Qanuni təmsilçisi Səhəddin Şirin oğlu Məmmədov, Bakı Şəhəri Xətai Rayonu, Xudu Məmmədov, ev.2 ünvanında qeydiyyatda olan “Etiram” Mənzil-Tikinti Kooperativi;
– Qanuni təmsilçisi Nadir Mirzə Əzizulla oğlu Fərəcullazadə, Bakı Şəhəri Xətai Rayonu, 6-Cı Zavod, Ev.3 1158-ci məhəllə ünvanında qeydiyyatda olan “Kəndtikinti Mənzil-Tikinti Kooperativi”;
– Qanuni təmsilçisi Zaur Mahir oğlu Aslanov, Bakı Şəhəri Nərimanov Rayonu, Qafur Rəşad, ev.20 ünvanında qeydiyyatda olan “Bərəkət İnşaatçı-07” Mənzil-Tikinti Kooperativi;
– Qanuni təmsilçisi Məmməd Əzimulla oğlu Ramazanov, Bakı Şəhəri Nəsimi Rayonu, Əlövsət Quliyev, Ev.334-cü məhəllə ünvanında yerləşən “Merkuri” Mənzil-Tikinti Kooperativi;
– Qanuni təmsilçisi Nəcibə Şahbaz qızı Ağayeva, Bakı Şəhəri Nəsimi Rayonunda yerləşən “Kristal” Mənzil-Tikinti Kooperativi;
– Qanuni təmsilçisi Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin sabiq rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin sabiq rəhbəri Azayev Elxan Çərkəz oğlu olan “Diplomat 2008” Mənzil Tikinti Kooperativi;
Bu MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2167872.08 manat əlavə vergi, 1083936.06 manat maliyyə sanksiyası hesablanıb. Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.
Qanuni təmsilçisi Təyyar Novruz oğlu Məmmədov, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan 2 Mkr, ev.48b, m.40 ünvanında qeydiyyatda olan “İzmir Ltd.” Mənzil-Tikinti Kooperativi barəsində isə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2795067.19 manat əlavə vergi, 1403522.11 manat maliyyə sanksiyası hesablanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI