Sökünütüyə görə kompensasiya belə ödənilir – “Təmirindən və yerindən asılı olaraq…”
Paytaxtda son zamanlar artan söküntü prosesi özü ilə bərabər kompensasiya məsələsini də gündəmə gətirir. Bir çox hallarda söküntünü icra edən tikinti şirkəti ilə sakinlər arasında məbləğdə anlaşılmazlıqlar yaranır. Şəhər mühitinə xas kiçik sahəli həyət evləri və mənzillərə görən hesablanmış təzminat yeni əmlak almağa çox zaman kifayət etmir.
“turaninsesi.az” xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, kompensasiyanın hesablanmasında bazar dəyəri və əmlakın coğrafi məkanı əsaslı rol oynayır:
“Kompensasiyanın verilməsində, qanunvericiliyə uyğun olaraq, bazar dəyəri amili əsas rol oynayır. Təbii ki, obyektin yerləşməsindən, mərtəbəsindən, təmirindən asılı olaraq, qiymətlər dəyişə bilər. İlk növbədə, hər hansı bir təzminatda mənzil, fərdi yaşayış evi, yaxud qeyri-yaşayış sahəsi və ya qeyri-yaşayış binası olmadan asılı olaraq, qiymətlərdə fərq yaranır.
Fərqli qiymətlər kimi, əmlakın torpaq sahəsi ilə, yaxud torpaq sahəsi olmadan yalnız tikiliyə veriləcək kompensasiya məbləğindən asılı olaraq, qiymətlər dəyişə bilər. Mümükündür ki, hər hansı bir fərdi yaşayış evinə kompensasiya verilərkən onun torpaq sahəsinin xüsusi mülkiyyətdə olmağından asılı olaraq, kompensasiya məbləği daha yüksək olsun”.
Ekspertin fikrincə, söküntünü yerinə yetirən şirkət müstəqil qiymətləndiriciyə müraciət etməlidir:
“Amma əksinə, həmin torpaq sahəsi dövlət və yaxud bələdiyyə mülkiyyətində olarsa, kompensasiya verilişi zamanı nəzərə alınmır. Yəni torpaq sahəsinin xüsusi mülkiyyətdə olub-olmamağından asılı olaraq, kompensasiya məbləğində də dəyişiklik ola bilər. Eyni zamanda, qeyri-yaşayış binalarında eyni vəziyyət nəzərə alınır.
Qayda belədir ki, kompensasiya məbləği hesablanarkən, ödəniş edən tərəf mütləq qaydada müstəqil qiymətləndiriciyə müraciət etməlidir. Müstəqil qiymətləndirici tərəfindən hər bir subyekt üzrə qiymətləndirmə aparılır. Standart, vahid yanaşma düzgün deyil. Burada bir çox nüanslar qiymətləndirmə zamanı rol oynayır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI