TƏBİB Vüqar Həşimovun valideynlərinə dair məlumat yaydı
TƏBİB Novxanıda partlayış zamanı xəsarət alan şəxslər barədə məlumat yayıb.
“turaninsesi.az” xəbər verir ki, onlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
Dağıntılar altından çıxarılan Qasım Həşimov və Aidə Həşimova evdə baş verən partlayış nəticəsində xəsarət alıblar.
Onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
“Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI