“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Turanın səsi” in xəbərinə görə, layihədə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində nəzərdə tutulub.

Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.

Gələn il işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1%-i özünüməşğulluq tədbirlərinin, 21%-i məşğulluq xidməti orqanının saxlanmasının, 16,5%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 10%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Layihəyə əsasən, 2023-cü ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:

Gəlirlərin mənbələriMəbləğ (manatla)
2.1.İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən:159 576 150,0
2.1.1.büdcədən maliyyələşən təşkilatlar üzrə22 434 025,0
2.1.2.büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə22 434 025,0
2.1.3.qeyri-büdcə sektoru üzrə114 708 100,0
2.2.Sair gəlirlər60 000,00
2.3.2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti53 032 194,5

Qeyd edilib ki, İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

Xərclərin istiqamətləriMəbləğ (manatla)
3.1.İşsizliyə görə sığorta ödənişləri11 000 000,0
3.2.Peşə hazırlığı və əlavə təhsilin təşkili22 000 000,0
3.3.Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi2 000 000,0
3.4.Əmək yarmarkalarının, əmək birjalarının təşkili500 000,0
3.5.Haqqı ödənilən ictimai işlərin təşkili3 500 000,0
3.6.Özünüməşğulluq tədbirlərinin təşkili87 521 146,75
3.7.Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi2 000 000,0
3.8.Peşə standartlarının hazırlanması1 000 000,0
3.9.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri44 647 197,75
3.10.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri35 000 000,0
3.11.Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması1 000 000,0
3.12.Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi1 500 000,0
3.13.Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər1 000 000,0

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir