Qarabağ Universiteti ilə bağlı MÜHÜM YENİLİK – Nazir açıqladı

Qarabağ Universitetində yeni korpuslar açılacaq.
“turaninsesi.az” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
E. Əmrullayev qeyd edib ki, yaxın günlərdə tədris – tibbi tədqiqat mərkəzinin binasının təmiri istiqamətində işlərə başlanılacaq.
Nazir bildirib ki, artıq iki yeni korpusun tikintisində ilkin işlər görülüb:
“Bu yaxınlarda da iqtisadiyyat – biznes məktəbi və sosial elmlər fakültəsinin binaları hazır olacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI