Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atdı
“Mançester Siti” klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
“turaninsesi.az” “Opta”ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçu “qol+ötürmə sistemi”ndə fərqlənib.
O, bunu “Feyenoord”a (Niderland) qarşı oyunda gerçəkləşdirib. Norveçli ön xətt oyunçusu 44-cü dəqiqədə penaltidən fərqləndikdən sonra 50 qol+ötürmə (45 qol, 5 məhsuldar ötürmə) həddinə ən tez çatan futbolçu olub.
Holann bunu cəmi 44 oyunda həyata keçirib. Futbolçu bu göstəricidə “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroyu (45 oyun) geridə qoyub.