Azərbaycanın bəzi bölgələrində qarın qalınlığı 13 sm-ə çatıb – FAKTİKİ HAVA

Şahdağda qarın hündürlüyü 13 sm-ə çatıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12 sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala), Gədəbəydə 2 sm olub.

Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24 mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm, Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan, Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda isə 2 dərəcəyədək şaxta qeydə alınıb.