Rusiya millisinin eks-oyunçusu “Sabah”a məşqçi gətirildi
CSKA-nın və futbol üzrə Rusiya milli komandasının sabiq müdafiəçisi Vasili Berezutski Azərbaycanın “Sabah” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib.
“turaninsesi.az” xəbər verir ki, onunla 2,5 il müddətinə müqavilə imzalanıb.
Berezutskinin əvvəlki iş yeri Çinin “Şanxay Şenxua” klubu olub və orada baş məşqçi Leonid Slutskinin köməkçisi işləyib. Niderland “Vitesse”sində də ona köməkçilik edib. Həmçinin ÇSKA və Krasnodarın məşqçilər korpusunda çalışıb.
Futbolçu kimi 2002-2018-ci illərdə Vasili və Aleksey Berezutski qardaşları ÇSKA ilə 6 Rusiya çempionluğu, 7 Rusiya Kuboku, 5 Rusiya Superkuboku və UEFA Kubokunun qalibi olublar.
“Sabah”a gəlincə, komanda 14 oyunda 19 xal toplayaraq Azərbaycan çempionatında 5-ci pillədə qərarlaşıb.