“Liverpul” liderliyini möhkəmləndirdi

İngiltərə Premiyer Liqasının 12-ci turu çərçivəsində lider “Liverpul” səfərdə “Sauthemton”un qonağı olub. Ən yaxın izləyicisi olan “Mançester Siti”nin xal itirdiyi həftədə “mersisaydlılar” fürsəti əldən verməyib.

turaninsesi.az” xəbər verir ki, “Liverpul” 30-cu dəqiqədə Sobsozlayla önə keçsə də, ikinci hissədə 2-1 geriyə düşüb. Lakin “qırmızılar”;n heyətində Məhəmməd Salah vurduğu 2 qolla komandasına 3 xalı gətirib. 

Bu nəticə ilə “Liverpul” xallarının sayını 31-ə yüksəldib və “Mançester Siti” ilə xal fərqini 8-ə çıxarıb. “Sauthemton” isə 4 xalla sonuncu sıradadır.