Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək

Ötən gün COP29 üzrə”Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda yüksək səviyyəli panel sessiyası keçirildi.

Bu barədə turaninsesi.az -a Elm və Təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib .

Panel sessiyasında Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi üzrə birgə əməkdaşlıq haqqında saziş imzalandı. Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında Azərbaycanın təşəbbüsü əsasında dünyada şagirdlərin iqlim savadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi və bu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq.

Düşünürəm ki, bu saziş ölkəmizdə keçirilən COP29 tədbirinin nəticəsi olaraq qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyası baxımından mühüm addımdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI