İngiltərə qonşusuna aman vermədi
UEFA Millətlər Liqası A qrupunda İngiltərə millisi doğma divarlar arasında İrlandiya seçməsi ilə üz-üzə gəlib. “Aslanlar” rəqibi 5-0 hesabı ilə darmadağın edib.
“turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, ingilislərin qollarını Harri Keyn, Entoni Qordon, Qallaqer, Boven və Harvod Bellis vurub. Meydan sahiblərinin heyətində əksər olaraq gənclər meydana çıxıb.
Bu nəticə ilə İngilərə qol üstünlüyü ilə Yunanıstanın önündə 15 xalla A qrupuna yüksəlib. Yunanlar isə növbəti mərhələ üçün pley-off oyununa çıxacaq.