Fransa əfsanəsi 2-ci liqada
Fransanın adlı-sanlı və ən titullu klublarından olan “Olimpik Lyon”u çətin günlər gözləyir. Hazırda 500 milyon avrodan çox borcu olan komandada audit yoxlaması yekunlaşıb.
“turaninsesi.az” xəbər verir ki, məhkəmə qərarına əsasən, “Lyon”a 2-ci liqaya düşürülmə və transfer qadağası verilib. Klub əgər maddi vəziyyətini düzəltməsə, yeni mövsümdə 2-ci liqada olacaq.
Fransız futbolunun lokomotivi olan komanda Frank Riberi, Nikola Anelka, Juninyo, Sidney Qovou, Floran Maluda, Kərim Benzema, Erik Abidal, Maykl Essiyen, Batefimbi Qomis kimi məşhur futbolçuların yetişməsində böyük rol oynayıb. “Olimpik Lyon” 2001 və 2008-ci illər arasında dalbadal 7 mövsüm Fransa Liqası çempionluğu qazanıb.
“Miqranların klubu” kimi tanınan “Marsel” və “ərəb milyonçuların komandası” kimi qəbul edilən “PSJ” qarşısında Fransada ən çox sevilən klub olan “Lyon”un düşdüyü situasiya, bir zamanlar “Yuventus”un İtaliyadakı aqibətinə bənzəyir.