Litvanın DSSF DSMF-nin xidmətlərin vahid mərkəzdən idarə olunması modelini öyrənməkdə maraqlıdır

Litvanın Dövlət Sosial Sığorta Fondu DSMF-nin xidmətlərin vahid mərkəzdən idarə olunması modelini öyrənməkdə maraqlıdır

Ölkəmizə səfərə gəlmiş Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondunun direktoru Julita Varanauskienenin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov nümayəndə heyətinə Azərbaycanda son illər sosial təminat sahəsində aparılan islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, xidmətlərin elektronlaşdırılması, proaktiv təyinat mexanizmlərinin qurulması istiqamətində əldə olunan uğurlardan bəhs edib.

Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, xidmət sahələrinin optimallaşdırılması və keyfiyyətin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qonaqlar Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filiallarında əhaliyə göstərilən xidmətlərin vahid mərkəzdən idarə olunması modelini öyrənməkdə maraqlı olduqlarını bildiriblər.

Görüşdə Litvanın Dövlət Sosial Sığorta Fondu ilə DSMF arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir