Deputat: “Fransa dünənki qətnamə ilə qərəzini bir daha nümayiş etdirdi”

0

“Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnamə ilə qərəzli mövqeyini bir daha nümayiş etdirdi”.

Turanın səsi” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sənəd erməni lobbisinin birbaşa məhsuludur:

“Xatırladım ki, bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sadəcə üçüncü sənəddir. Bu da o deməkdir ki, ölkəmizə qarşı bu cür addımlar məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir”.

Deputat bildirib ki, özünü demokratiyanın beşiyi hesab edən, azadlıq, bərabərlik və qardaşlıq ideyalarını guya təbliğ edən, öz tarixində onlarla dövləti işğal edən və öz müstəmləkinə çevirmiş Fransa bu gün bizə suverenlik, müstəqillik, beynəlxalq hüquqa hörmət dərsi keçməyə cəhd edir:

“Onları bu dərsləri Ermənistana keçməyi daha faydalı və səmərəli olardı. Qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. Şübhə yoxdur ki, əvvəlki qətnamələrdə olduğu kimi bu sənəddə yer alan tövsiyələrin heç biri nəzərə alınmayacaq və kağız üzərində qalacaq. Lakin siyasi məna daşıdığından bu sənədin qəbul olunması beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozmuş olur. Fransanın bu cür addımları və siyasəti birmənalı olaraq regionda gərginliyin artmasına, sülh prosesinin sarsılmasına xidmət edir. Bu və bundan əvvəlki qətnamələrin qəbulunda Fransanın Minsk qrupunun həmsədri kimi keçmiş münaqişənin həllində də heç vaxt maraqlı olmayıb. O zaman özünün əsil ermənipərəst mövqeyini gizlətsə də, indi açıq şəkildə və həyasızcasına nümayiş etdirir. Fransanın mövqeyinə siyasi qiymət verilməli və münasibətlərə yenidən baxılmalıdır”.

Qeyd edək ki, Fransa Senatı noyabrın 15-də “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir