Prezidentin köməkçisi COP29-la bağlı boykot çağırışları edənləri ifşa etdi
“Sizin də çalışdığınız media orqanının fəaliyyətində hüquqi əsaslı məhdudiyyətlər olmasına baxmayaraq, COP29-da iştirakınıza tam şərait yaradılıb. Kimə istəyirsiniz, sualınızı verirsiniz”.
“turaninsesi.az” bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Toplum” TV-nin əməkdaşının bəzi media orqanlarının jurnalistlərinin həbsinə görə beynəlxalq təşkilatların COP29-u boykota çağırması ilə bağlı sualını cavablandırarkən deyib.
“Toplum” TV-nin redaksiyasının möhürləndiyini və ona da cinayət işi açıldığını diqqətə çatdıran jurnalistə Hikmət Hacıyev belə cavab verib:
“Siz əməkhaqqını haradan alırdınız? “Toplum” TV-nin maliyyələşdirilməsi necə həyata keçirilirdi? Dediyiniz kimi, istintaq aparılır. Söhbət qanunsuz maliyyələşmənin araşdırılmasından gedir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI