“Barselona” antirekordunu təkrarlayıb

İspaniyanın “Barselona” komandası antirekordunu təkrarlayıb.

turaninsesi.az“-ın məlumatına görə, Kataloniya təmsilçisi 10 ildən sonra bir La Liqa matçında “çərçivə”yə zərbə endirə bilməyib.

Bu, komandanın “Real Sosyedad”a səfərdə uduzduğu qarşılaşmada baş verib.

Sonuncu belə hadisə 2014-cü ildə, “Malaqa” ilə görüşdə (0:0) gerçəkləşib.

Qeyd edək ki, “Barselona” rəqibinə səfərdə 0:1 hesabı ilə məğlub olub. 13-cü dəqiqədə komandanın hücumçusu Robert Levandovski fərqlənsə də, oyundankənar vəziyyət qeydə alınıb. Kataloniyalılar 13 matçdan sonra La Liqada 33 xalla liderdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir