Ekspert Şurasının iclasında
Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan-Rusiya Ekspert Şurasının 2-ci iclasında iştirak etmək üçün noyabrın 15-dən 18-dək Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olacaq.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək iclasda ikitərəfli münasibətlərin aktual məsələləri, regionun post-münaqişə dövründə inkişafı və ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi