“Makkabi” azarkeşləri Niderlandda hücuma məruz qaldı

Avropa Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Ayaks”la oyundan sonra Amsterdamda İsrailin “Makkabi” futbol klubunun azarkeşləri hücuma məruz qalıblar.

turaninsesi.az”  “The Jerusalem Post”a istinadla xəbər verir ki, 10 nəfər yaralanıb, daha 3 nəfər itkin düşüb. Hücumlarda əli olmaqda şübhəli bilinən 57 nəfər saxlanılıb.

Hücum edənlər maska ​​taxıb və Fələstin tərəfdarı şüarlar səsləndiriblər. Mütəşəkkil qruplar şəhərin müxtəlif yerlərində hücumlar həyata keçirib. Yüzlərlə insan hava limanına çatmaq üçün otel otaqlarını tərk etməkdə çətinlik çəkib.

İsrailin baş naziri Benyamin Netanyahu israilliləri təxliyə etmək üçün Amsterdama təyyarələr göndərmək qərarına gəlib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir