UEFA Avropa Liqası: “Qarabağ” ilk qələbəsini qazandı

0

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Qarabağ” səfərdə Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşıb. 

turaninsesi.az” xəbər verir ki, Ağdam təmsilçisi cari mövsümdə turnirdə ilk qələbəsini qazanıb – 2:1.

Bude şəhərindəki “Aspmira” stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz heyətində 23-cü dəqiqədə Toral Bayramov və 59-cu dəqiqədə Abdullah Zubir fərqlənib. Rəqib komandanın yeganə qolunu 41-ci dəqiqədə Patrik Berq vurub.  

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir