Milli Məclisin sədr müavini Adil
Əliyev parlamentdə vətəndaşları qəbul edib

Noyabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib.

Şəhid ailələrinin, qazilərin və seçicilərin iştirak etdiyi qəbul zamanı onlar tərəfindən qaldırdılan müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi yerindəcə həll  olunub. Digər müraciətlərin həll edilməsi məqsədilə isə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib. 

Seçicilərin diqqətinə çatdırılıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və həll edilməsi barədə ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, bütün növ müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır, onların həllinə nail olmaq məqsədilə müvafiq addımlar atılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir