Prezident yeni icra başçısı təyin etdi

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

turaninsesi.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Avqustun 7-də Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O.Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006-2012-ci illərdə Səhiyyə Nazirliyi, 2012-2018-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında işləyib. 2018-ci ildən bu təyinatadək nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir