Göbələkdən zəhərlənmiş ikinci qadın da vəfat etdi
Oktyabrın 28-də saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü 2 qadın göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü qadının xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
1985-ci il təvəllüdlü ikinci qadın kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI