İrandan Azərbaycana 10 kq narkotik keçirtmək cəhdi
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Oktyabrın 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI