Bakı metrosunda problem yarandı – Sərnişinlər düşürüldü

Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.

turaninsesi.az” məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib ki, metronun “Azadlıq Prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb:

“Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb”.

B.Məmmədov qeyd edib ki, vaqon qapılarında problem olmadığından qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir